Modern.az

Zaur Darğallı Marneulinin yeni meri seçilib

Zaur Darğallı Marneulinin yeni meri seçilib

20 May 2019, 08:48

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayonunun mer vəzifəsinə azərbaycanlı namizədi Zaur Darğallı qalib gəlib.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Zaur Darğallının qələbəsi Marneulidə keçirilən növbədənkənar seçkisinin nəticələri hesablandıqdan sonra məlum olub.

Onun 78,6 faiz səs topladığı bildirilib.

Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.  2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrə rəhbərlik edib. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışıb. 2017-ci ildən isə Kvemo-Kartli qubernatorunun müavini vəzifəsini tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?