Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.