Arxiv
20 May 2019, 09:51 | AKTUAL
Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır?

Günümüzdə ən çox rastlaşdığımız problemlərdən biri də başda yaşayış yerləri olan ərazilər olmaqla yük avtomobillərinin bir sıra yolların kənarında icazəsiz saxlanmasıdır. Bu kimi hallar həm həmin ərazidə tıxacların yaranmasına, həm qəza şəraitinin artmasına, həm də piyadalar üçün çox təhlükəli vəziyyətin baş verməsinə gətrib çıxarır.

Modern.az saytı bu haqda görülməli olan tədbirlər haqqında daha ətraflı məlumat üçün yol məsələləri üzrə ekspert. hüquqşünas Ərşad Hüseynova müraciət edib.


Burda 2 məsələ var. Birincisi, istənilən avtomobil, o cümlədən də yük maşını dayanma-durma qaydalarına uyğun saxlanılmalıdır. Bu qayda bütün nəqliyyat vasitələrinə aiddir. Yük avtomobilləri üçün daynma-durma qaydalarının daha ciddi tələbləri var, çünki onlar ölçü və qabaritlərinə görə buna daha çox əməl etməlidir. Küçədə bucaq altında mink avtomobili ilə dayanamaq olar, amma yük avtomobiliylə həmişə paralel dayanmaq olar”.


Ekspert bu kimi hallarla bağlı digər ölkələrdəki təcrübələrdən də danışıb:


“Dünyanın hər yerində maraqlı təcrübə var. Təcrübə ondan ibarətdir ki, kommersiya təyinatlı avtomobilləri istənilən yerdə saxlanmasına icazə yoxdur. Bizim qanunvericiliyi təhlil etsək, qanunvericilikdə də bu var. Yük maşınları xüsusu qulluq və diqqət tələb edir. Onlara həm ölçü, həm də təyinatına görə xüsusi yanaşma nəzərdə tutulub. Bu yanaşmanın elementlərindən biri odur ki, həmin avtomobillər xüsusi qarajlarda saxlanılmalıdır. Sovet dövründə belə hallar olmurdu. Heç kəs küçədə belə hallarla rastlaşmırdı. Hətta nəinki paytaxtda, kəndlərdə belə kolxozun öz qarajları olurdu və orda saxlanılırdı. Qanunun marqlı bir tələbi var və bu, tam icra olunmur. Bu avtomobillərin sürücüləri hər gün reysdən qabaq tibbi yoxlamadan, avtomobillər isə texniki baxışdan keçirilməlidir. Əfsuslar olsun ki, hazırda bu infrastruktur pozulub. Bu kimi halların qarşısı tədricən alınmaldır. Ümumilədirilmiş bir şərait yaradılmalıdır. Tutalım bir vətəndaşın şəxsi yük avtomobili var və təbii olaraq o, özü üçün qaraj tikə bilməyəcək. Dünyanın bir çox yerində belə hallarda həmin vətəndaşların daha çox işlədiyi ərazidə qaraj tikililir ki, avtomobilini aparıb ora qoya bilir”.

Ə.Hüseynov məsələnin iqtisadi tərəfinə də toxunub:

“Tutaq ki, bir nəfərin yük avtomobili var və Sumqayıt şəhərinin ərazisində sənaye müəssələrindən birinə yük daşıyır. Bu adam Xırdalanda yaşayırsa, hər gün Xırdalandan Sumqayıta avtomobil sürməyi səmərəli olmayacaq. Ən azı yanacağa görə bu, həmin adama sərf etməyəcək. Bunlara görə də dediyim kimi, bir sitem tətbiq olunsa, hər şey çox gözəl olar. Təbii ki, bu sistemi bir-iki adam yarada bilməz. Ancaq bu işlərlə məşğul olan dövlət qurumlarının nəzarəti altında həyata keçirilə bilər”.

Novruz NOVRUZLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02