Arxiv
20 May 2019, 10:19 | AKTUAL
Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər

 

“Azərbaycan Prezidentinin sənədsiz evlərin özəlləşdirilməsi ilə bağlı problemin həll edilməsi ilə bağlı tapşırığından sonra bu məsələ ilə əlaqədar formalaşdırılmış komissiyanın fəaliyyətinin güclənməsi hiss olunur”.

Bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

 

V.Bayramov qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim edib:

 

“Təklif etdiyimiz mexanizmlə bağlı son həftələr fərqli işə məsul dövlət qurumlarında görüş və müzakirələrimiz olub. Əvvəlla, bizim təkliflərimiz “Əmlak Amnistiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evlərə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

 

Ekspert bildirib ki, təklif etdiyi konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:

 

“Söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər.

 

Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.

 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısı tərəfindən sənədsiz evlər məsələsinin həll olunması ilə bağlı tapşırıq aldığını açıqlayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı komissarı yenidən Cənubi Qafqaza gəlir 15 Sentyabr 2019, 20:19 Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi 15 Sentyabr 2019, 20:01 Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı 15 Sentyabr 2019, 17:59 Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı 15 Sentyabr 2019, 17:55 Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır 15 Sentyabr 2019, 17:50 Hindistanda səyahət gəmisi batdı: 11 ölü var 15 Sentyabr 2019, 17:40 Şagirdi məktəbdən çıxardılar - Artıq çəkisinə görə   15 Sentyabr 2019, 17:25 İcra başçısı şəhərdə yanmış ağacları rənglətdirdi - Açılışa görə  15 Sentyabr 2019, 17:06 Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca yola düşdü 15 Sentyabr 2019, 16:50 Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - VİDEO 15 Sentyabr 2019, 16:35 Sabahdan regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq 15 Sentyabr 2019, 16:19 UNEC rektoru Ədalət Muradov: Ali təhsil təsnifatlaşdırılmalıdır 15 Sentyabr 2019, 16:00 Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı 15 Sentyabr 2019, 15:47 İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə 15 Sentyabr 2019, 15:30 Azərbaycanda bir ildə 915 qadın, 306 kişi məişət zorakılığına məruz qalıb 15 Sentyabr 2019, 15:15 Hakimliyə namizədlərlə test imtahanı keçirilib 15 Sentyabr 2019, 14:58 Muqabe mavzoleydə dəfn ediləcək   15 Sentyabr 2019, 14:40 Hicab geyinən Xatirə tənqidə tuş gəldi - FOTO 15 Sentyabr 2019, 14:28 Doğulacaq körpənin cinsini qabaqcadan - Sifariş etmək olar?   15 Sentyabr 2019, 14:13 Gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər - FOTO 15 Sentyabr 2019, 14:00 Süni mayalanma ilə doğulanlar: Qiyməti 15 Sentyabr 2019, 13:46 Tələbə adı qazanan Bakı məktəblərinin sayı AÇIQLANDI 15 Sentyabr 2019, 13:35 Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki evlənmək barədə düşünmürəm” 15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32