Modern.az

Koçaryan buraxıldı - Paşinyan bütün məhkəmələrə giriş-çıxış bağlamağa çağırdı

Koçaryan buraxıldı - Paşinyan bütün məhkəmələrə giriş-çıxış bağlamağa çağırdı

Dünya

20 May 2019, 10:32

Ermənistan baş naziri Nikol Paşinyanın çağırışı ilə ölkədəki bütün məhkəmələrin giriş-çıxışı bağlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, insanlar bir neçə gün öncə Yerevan məhkəməsinin qərarı ilə eks-prezident Robert Koçaryanın zaminə buraxılmasına etiraz edirblər.

Ən çox insan kütləsi Baqramyan prospektində yerləşən Konstitusiya Məhkəməsinin qarşısında müşahidə olunur.

 

Prezident Armen Sarkisyan isə buna etiraz edərək məhkəmənin işinə müdaxilə olunmasını pisləyib.

Robert Koçaryan 2008-ci ildə ölkədə Konstitusiya quruluşunu devirməkdə və iri məbləğdə rüşvət almaqda ittiham edilir.

O, ötən ilin dekabr ayından həbs olunub, istintaq aparılır.

Koçaryan barəsində həbs qətimkan tədbirinin dəyişməsi üçün qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq və hazırkı "liderləri" Arkadi Qukasyan və Bako Saakyan Ermənistan məhkəməsinə müraciət edərək, onun azadlıqda istintaq prosesinə maneə olmayacağı və ölkəni tərk etməyəcəyinə zəmanət vermiş və hərəsi 500 min dram girov qoymuşdular.

Cümə axşamı günü Arkadi Qukasyan və Bako Saakyan öz zəmanətlərini təsdiq etmək üçün Qarabağdan Yerevan məhkəməsinə gəlmişdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır