Modern.az

Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı

Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı

Dünya

20 May 2019, 11:55

Ukraynanın yeni prezidenti Vladimir Zelenski rəsmən səlahiyyətlərinin icrasına başlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, Ukrayna Konstitusiyasına və "İncil"ə and içib.

 

“Mən Ukrayna Konstitusiyası və qanunları əsasında səlahiyyətlərimin icrası zamanı Ukrayna vətəndaşlarının mənafeyindən çıxış edəcəyimə and içirəm”- deyə Zelenski deyib.


Zelenski “Mən 8-ci buraxılış Ali Radanın buraxıldığını elan edirəm”- deyə bəyan edib.

 

Zelenski hökuməti də istefaya səsləyib. Bundan başqa, o deyib ki, deputatlar əməllərinə görə cavab verməlidirlər.
 

Yeni prezident  Ali Radanın buraxılması barədə qərar verib.

Zelenski iki ay müddətinə növbədənkənar seçkilər keçiriləcəyini deyib.  O, həmçinin parlamentə müraciət edərək Baş prokuroru, Müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.

Dövlət başçısı məmurlara müraciətində deyib:

“Çox istərdim ki, kabinetlərinizdə mənim şəkillərim olmasın. Çünki prezident idol deyil. Oradan öz uşaqlarınızın şəkillərini asın və hər bir qərardan əvvəl onların gözlərinə baxın”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır