Modern.az

Hava proqnozu - Bakıda yağış yağacaq

Hava proqnozu - Bakıda yağış yağacaq

11 Yanvar 2012, 12:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən  məlumata görə yanvarın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək. 
Havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 12-də  hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalına gəlincə isə yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır