Arxiv
20 May 2019, 13:40 |
Kamal Abdulla Hindistan səfiri ilə görüşdü  

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb.

 

Modern.az xəbər verir ki, ADU-da 20-ə yaxın ölkənin dilinin tədris olunduğunu deyən rektor dillərin konkret tədris proqramı əsasında öyrədildiyini bildirib. Kamal Abdulla Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlərinin öz ölkələrinin dillərinin ADU-da tədris olunması ilə bağlı istəklərindən söz açıb.

 

Tələbələrin böyük həvəslə Hindi dili və mədəniyyətini öyrəndiklərini deyən Kamal Abdulla universitetdə bugünə kimi ümumilikdə 70-yə yaxın hindşünas tələbənin təhsil aldığını bildirib. O, qədim dillərdən olan Sanskrit dilini tədris edən müəllimin də universitetdə fəaliyyətinin faydalı olacağını deyib. Sanskrit dilinin öyrənilməsinin, həmçinin Azərbaycanda klassik filologiyanı öyrənən bütün mütəxəssislər üçün son dərəcə önəmli olduğunu söyləyən rektor bu dili tədris edən müəllimin universitetlə yanaşı, digər strukturlar üçün də əlverişli olacağını deyib. Sanskrit dilinin yalnız dil deyil, həmçinin mədəniyyətlərin ifadəsi olduğunu qeyd edən universitet rəhbəri bu dil haqqında təəssüratların möhkəmlənməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

 

Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək, universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

 

Səfir Şri B.Vanlalvavna səmimi qəbula görə minnətdarlığını bildirib. O, qabaqcıl universitetlərdən biri olan ADU-da olmaqdan məmnun olduğunu deyib. Səfir universitetdə Hindi dili və mədəniyyəti mərkəzinin fəaliyyətinin Hindistanın təbliği istiqamətində mühüm addım olduğunu deyib və yaradılan şəraitə görə rektora təşəkkürünü bildirib. O, ADU-nun Hind dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyi yeganə məkan olduğunu diqqətə çatdırıb.

 

Səfir Hindistanın Cəvahirləl Nehru Universitetində Azərbaycan dilinin tədrisinin təşkil olunacağını qeyd edib. Qonaq Azərbaycan və Hindistanın qabaqcıl universitetləri arasındakı əməkdaşlığın yüksək nəticələr verəcəyinə əminliyini ifadə edib. Səfir, eyni zamanda Hindşünaslıq ixtisasında təhsil alan tələbələr və növbəti illərdəki tələbə qəbulu məsələləri ilə maraqlanıb. Şri B.Vanlalvavna ADU-da Hind dilinin tədrisi ilə məşğul olan hindli müəllimin universitetdəki fəaliyyətinin davam etdirilməsi ilə bağlı danışıqlar aparıldığını deyib. O, həmçinin Hindistanı təbliğ edən böyük tədbirlərin birgə təşkilində lazımi resursların təmin olunması ilə təkliflərini irəli sürüb.   Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23