Arxiv
20 May 2019, 13:45 | AKTUAL
Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb”

Ölkəmizdəki hərtərəfli inkişafa, sosial sahədə aparılan çoxşaxəli islahatlara, 3 milyondan çox Azərbaycan vətəndaşının rifahının daha da artırılmasını təmin edən inqilabi sosial paketin qəbul edilməsinə qarşı qarayaxma, böhtan kampaniyası aparan və bunu sosial şəbəkələrə ötürən bəzi qurumlar indi də özünüməşğulluq proqramını, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərini hədəf seçiblər.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan bəyanatda bildirilib.

 

Açıqlamada qeyd olunub ki, ötən həftə özünüməşğulluq proqramının dünyanın 156 dövlətinin sosial müdafiə qurumunu birləşdirən Beynəlxalq Sosial Təminat Assosasiyasının “Good Practice Award for Europe 2019” xüsusi mükafatına layiq görülməsi, proqramın təkcə 2018-ci ildə 6 dəfə genişlənməsi, onun icrasına BMT İnkişaf Proqramının və Dünya Bankının qoşulması bu dairələrin dərin narahatlığına səbəb olub və özünüməşğulluq proqramını gözdən salmaq, ləkələmək üçün yalan və bohtan dolu yazı ortaya atılıb.

 

Eyni zamanda, dövlətin birbaşa qayğısı və dəstəyinin bariz nümunəsi olan və uğurla həyata keçirilən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramının genişlənərək böyük rəğbət qazanması, ötən il nəzərdə tutulduğundan 3 dəfə artıq olmaqla 626, bu il üçün 800-dən artıq bu kateqoriyadan olan vətəndaşlarımızın mənzillə təchiz edilməsi tədbirləri də hədəfə gətirilmək istənir.

 

Dəfələrlə KİV-ə açıqlandığı kimi, özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təmin olunması üçün şirkətlərin müəyyən olunması “Dövlət satınalmaları haqqında” Qanuna uyğun şəkildə həyata keçirilib və müvafiq şirkətlər konsorsiumu ilə müqavilələr bağlanmış, proqram üzrə aktivlərin təminatı həyata keçirilmişdir. Proqramın icrası üzrə 2018-ci il üçün ayrılan vəsaitdən qanunvericiliyə uyğun olaraq büdcəyə 3,2 milyon manat məbləğində vergilər ödənilmişdir.

 

“Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı da “Dövlət satınalmaları haqqında” Qanuna tam uyğun şəkildə həyata keçirilmiş, satınalmalar çərçivəsində 5 təchizatçı ilə 28,6 milyon manat dəyərində müqavilələr imzalanmış və qanunvericiləyə uyğun şəkildə notarial orqanlar vasitəsilə alqı-satqı aparılaraq cəmi 4 milyon manat vergilər dövlət büdcəsinə ödənilmişdir.

 

Yazıda qeyd edilən digər məsələlər kimi, özünüməşğulluq proqramına ayırılan vəsaitin dövlətdən gizlədildiyi və mənimsənildiyi kimi əsassız fikirlər də növbəti iftiralardır. Təkcə 2018-ci ildə proqrama cəlb olunanların sayı 6 dəfə artmış, 7267 nəfər təlimləri uğurla başa vurmuş, onlardan 6018 şəxs aktivlərlə təmin edilmiş, vəsaitin xərclənməsində şəffaflıq təmin edilərək xidmət və istehsalat sahəsində 20%, kənd təsərrüfatı sahəsində isə 14% olmaqla, ümumilikdə 6,1 milyion manat qənaət əldə edilmişdir.

 

Təchiz edilən iri və xırdabuynuzlu mal-qaraların keyfiyyəti ilə bağlı dəfələrlə KİV-ə məlumat verildiyi kimi bildiririk ki,  proqram iştirakçılarına mal və materialların verilməsi prosesində həmin vətəndaşların razılığı xüsusi nəzərə alınır və aktlaşdırılaraq iştirakçının imzası ilə təsdiq edilir, habelə heyvanların sağlamlığına dair müvafiq baytar arayışı təqdim edilir. Ötən il proqram iştirakçılarına 29 min baş mal-qara verilib  və təqdim edilmiş aktivlərin keyfiyyəti ilə bağlı monitorinqlər keçirlərkən, habelə vətəndaşların müraciətləri araşdırılarkən onlardan yalnız 119 heyvanın (0,4 faiz) qüsurlu olduğu müəyyən edilib və dərhal dəyişdirilib. Əlavə olaraq bildiririk ki, aktivlərin verilməsi zamanı vətəndaşın razılığı ilə bu prosesin foto və video çəkilişi də aparılır.

 

Ucarın Qaradağlı kəndinin sakini Oruc Orucovla bağlı verilən məlumata gəlincə, həmin şəxs 5 ay öncə proqram əsasında 21 baş xırda buynuzlu heyvanla təmin olunub, razılığını aktı imzalamaqla təsdiq edib. Bu zaman xüsusi məmnunluq və minnətdarlıq ifadə etməsi onun öz razılığı ilə aparılmış videoçəkilişdə də əksini tapıb. Bu günlərdə O.Orucovun təsərrüfatının növbəti monitorinqi aparılıb və ona verilmiş 21 baş qoyunun sayının 5 ay ərzində 30-a çatdığı müəyyən edilib. O.Orucov özü də dövlətin bu dəstəyindən razılığını, təsərrüfatında işlərinin normal qaydada getdiyini, mal-qarasında gözlənildiyi qədər artımın olduğunu bildirib. Belə olan təqdirdə, O.Orucovun və onun kimi minlərlə vətəndaşın ailəsinin rifahına dəstək olan mühüm bir sosial proqram barədə əsassız yazı ilə ölkəmizin hər uğurunu aşağılamaq cəhdi qəbul edilməzdir.

 

Özünüməşğulluq proqramı artıq özünü uğurla təsdiq edən, ölkəmizdə minlərlə aztəminatlı ailənin dövlət dəstəyi nəticəsində fərdi təsərrüfatlara sahib olmaqla öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və kiçik ailə biznesinə çıxış imkanı əldə etmələrinə şərait yaradan effektiv bir sosial proqram kimi həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq qurumların böyük rəğbətini qazanıb”-deyə bildirilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02