Arxiv
20 May 2019, 14:21 | HADİSƏ
Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol…

Deputatdan təklif – “İnşaatçılar prospekti Aprel zəfəri olsun”


Paytaxt Bakıda sovet dövründə verilmiş küçə adlarının çoxu hələ də qalmaqdadır. Bu mənada rəsmi saytlara nəzər saldıqda gülməli və miskin mənzərənin şahidi olursan.

Hətta elə küçə adları var ki, sakinləri də bunun mənasını anlaya bilmirlər.


Məsələn, Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci - 15 ci sıra küçələri”, “Vorovski”,  “Xutor” kimi küçə adları var.

Yasamal rayonu ərazisindəki  “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti də sovet dövründə verilən adlarını hələ də saxlayır.

Bundan başqa, Xəzər rayonunda da sovetdənqalma küçə adları rəsmi sənədlərdə belə saxlanılıb. Rayon ərazisindəki “Kolxoz”, “Əncirli”, “Pioner”, “Zulkayday Zulkaydayev”, “Maligin”, “Lev Starşik”, “Kooperativ”, “Komsomol”, “Qədəmgah”, “2-ci Beynəlmiləl”, “Zavod”, “V.Seryogin”, “UPD” kimi küçə adları var. Bu siyahıya Qala qəsəbəsinin “Voxr”, “Sovxoz”  küçələrini də əlavə edə bilərik.

Göründüyü kimi siyahı kifayət qədər uzundur. Qeyd etdiklərimiz isə tam siyahı deyil.


Bəs, bu kimi məsələlərlə məşğul olan Milli Məclis yanında Toponimiya Komissiyası hara baxır?

Modern.az məsələ ilə bağlı deputat Məlahət İbrahimqızının fikirlərini öyrənib.

Müsahibimiz bu cür küçə adlarının dəyişdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.


O, qeyd edib ki, əgər göstərilən faktlar doğrudursa, təcili işlər görülməlidir: “Azərbaycan artıq müstəqildir və küçələrimizə verə biləcəyimiz kifayət qədər milli adlarımız var.

Məsələn, ən məşhur olan nümunə İnşaatçılar prospektidir. Prospektin bu adda qalması nəyə lazımdır? Sovet dövründə “İnşaatçı”, “Fəhlə” prospektləri var idi. Amma bu gün həmin adların qalması heç nəyi ifadə etmir.

Qardaş Türkiyədə “Qazilər”, “Şəhidlər”, “Milli Qəhrəmanlar” küçələri var. Bu, gözəl təşəbbüsdür və Azərbaycanda da reallaşdırmaq olar. Elə o köhnə sovet adlarını daşıyan küçələri dəyişib, bu şəkildə adlandıra bilərik. Yaxud Azərbaycanın işğal altında olan rayonlarının adlarını kafelərdə, restoranlarda, barlarda görürük. Şuşa adı niyə restorana verilsin, küçəyə yox? İşğal altında olan torpaqlarımız bizim ağrıyan ürəyimiz, qanayan yaramızdır. Uğrunda qan tökdüyümüz rayonların adları hörmətli məkanlara verilməlidir. Küçələrin adları milliləşdirilməlidir. Məsələn, küçələrdən birinin adı niyə də “Aprel zəfəri” olmasın?”.


M.İbrahimqızı əlavə edib ki, onsuz da Qarabağı, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Ancaq yetişən yeni nəsili hər addımda ruhlandırmaq vacibdir:

“O torpaqları görməyən, yalnız fotolardan, böyüklərinin yaddaşından tanıyan gənclər var. Bakıda bu gənclər işğal olunmuş rayonların adlarını kafe və restoranlarda deyil, küçə adlarında tanımalıdır. Rəsmi olaraq, sənədlərdə küçələrin adları dəyişdirilsə, sakinlər də belə adlandırmağa öyrəşəcəklər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”   16 İyun 2019, 10:07 Ermənilər cəbhədə təxribatlara davam edir 16 İyun 2019, 09:55 Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20