Modern.az

Türk şirkəti erməni dilində telesekretar servisi açıb

Türk şirkəti erməni dilində telesekretar servisi açıb

Təhsil

11 Yanvar 2012, 12:30

Türkiyənin MEG Danışmanlıq və Bazarlama Ticarət LTD şirkətinə məxsus IPC şifrəli telekommunikasiya xidməti özünün telesekretar servisinə erməni dilini də əlavə edib. İndiyə qədər adıçəkilən şirkət abonentlərə beynəlxalq dillər olan ingilis, alman, rus və ərəb dillərində telesekretar vasitəsi ilə xidmət təklif edirdi. Qeyd edək ki, IPC telekommunikasiya kartı abonentlərə ölkəiçi və beynəlxalq danışıqlar həyata keçirməyə imkan verir.

MEG Danışmanlıq və Bazarlama Ticarət LTD şirkətinin sahibi Mustafa Özcan erməni dilini beynəlxalq dillər sırasına qoyulmasını bazarda müştəri maraqları ilə izah edib.
“Keçmişdə Sovetlər Birliyinin tərkibində olan bir ölkənin vətəndaşları üçün onsuz da rus dili telesekretarı vardı. Erməni dilinin əlavə edilməsi hansı zərurətden yarandı” sualına şirkət sahibi deyib: “Kanada şirkəti tərəfindən bizə təklif edilən bir telekommunikasiya proqramında ermənicə telesekretar servisi də vardı. Biz bazarı araşdırdıqdan sonra bu proqramı almağa qərar verdik”.

 Mustafa Özcan deyib ki, İstanbulun əsasən xarici leqal və qeyri-leqal miqrantların yerləşdiyi Kumkapı bölgəsində çoxlu sayda ermənilər yaşayır ki, bu da sahib olduğu şirkətin iqtisadi mənfəətləri baxımından maraq doğurub.
MEG Danışmanlıq və Bazarlama Ticarət LTD şirkəti sahibinə Türkiyə-Ermənistan əlaqələrinin mövcud vəziyyətini xatırladanda “Türkiyəylə Ermənistan arasında əlaqələr yoxdur deyənlər Trabzondan Ermənistana daşınan yüklərə də baxsınlar”, deyə cavab verib.



İlhamə QASIMLI,
Türkiyə

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!