Modern.az

Ərdoğan Azərbaycan pilotlarının təlimini izləyəcək

Ərdoğan Azərbaycan pilotlarının təlimini izləyəcək

Aktual

20 May 2019, 15:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, dövlət başçısı Konyaya bu gün yola düşüb.

 

Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası - 2019” hərbi təlimləri keçirilir.

 

Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı