Modern.az

İranda sel və ildırım 20 can aldı

İranda sel və ildırım 20 can aldı

20 May 2019, 15:57

İranda 8 Maydan bu yana  güclü yağışlar nəticəsində davam edən sel və ildırımlar 20 nəfərin həyatına son qoyub

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Təcili Yardım Təşkilatının  sözçüsü  Müctəba Halidi mətbuata açıqlamasında bildirib.

 

O qeyd edib ki, Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Xorasan, Rəzəvi, Cənubi Xorasan, Çaharmahal-Bəxtiyar, İsfahan, Kirmanşah, Kürdüstan, Fars, Xuzistan , Kirman, Loristan, mərkəzi, Kohgiluye-Buyer Əhməd və Gilan əyalətlərində  şiddətli yağışın yol açdığı sel fəlakəti və ildırım səbəbiylə 20 nəfər ölüb, 37 nəfər yaralanıb.

 

Onu da qeyd edək ki,  ümumilikdə martın 17-də başlayan güclü yağışlar nəticəsində 78 nəfər həlak olub. 

 

Daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli sel nəticəsində dəyən ümumi ziyanın 7 milyard 619 milyon dollar civarında olduğunu vurğulamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır