Modern.az

İsveçrədə beynəlxalq pianoçular müsabiqəsi – 5 azərbaycanlı qalib oldu  

İsveçrədə beynəlxalq pianoçular müsabiqəsi – 5 azərbaycanlı qalib oldu  

20 May 2019, 16:59

17 mayda Cenevrədə Azərbaycan Respublikasının əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunan beynəlxalq pianoçular müsabiqəsinə yekun vurulub.

Modern.az-ın məlumatına görə, müsabiqə 1996-cı ildən etibarən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır.

 

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova tədbirdə çıxış edərək Beynəlxalq Pianino Müsabiqəsinin uğurlu təşkilinə görə Adilə Əliyevaya təşəkkür ifadə edib. Və onun səyləri nəticəsində bu müsabiqəyə hər il daha çox iştirakçının qatıldığını söyləyib.

Səfir keçən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın İsveçrədəki Səfirliyi tərəfindən xüsusi mükafatın təsis edildiyi barədə məlumat verib.

Səfir ənənənin bu il də davam etdirilməsindən məmnunluğunu dilə gətirib.

Hazırkı müsabiqədə Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu ilə Heydər Əliyev adına xüsusi mükafatın 5 iştirakçıya təqdim edilməsindən qürur duyduğunu vurğulayıb.

 

Çıxışda, həmçinin Azərbaycanın musiqi ənənələrinin zənginliyinə dəlalət edən faktor kimi Azərbaycanın Avroviziya mahnı müsabisində iştirakı təbliğ olunub.

 

Çıxışlardan sonra qaliblərə mükafatlar, o cümlədən Heydər Əliyev mükafatı təqdim edilib. Qaliblərin ifasında musiqi parçaları ifa edilib.

Qeyd edilməlidir ki, bu ilki qaliblər arasında beş həmreylimiz də var. Həmçinin bu il ilk dəfə olaraq İsveçrənin Bern şəhərində yaradılmış Qarabağ Azərbaycan dili məktəbinin şagirdi də müsabiqədə iştirak edib.

 

İsveçrə təhsil sisteminə inteqrasiya olummuş bu məktəbdə Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə yanaşı, şagirdlərə milli rəqs və musiqi dərsləri də keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir