Modern.az

Ünvanlı sosial yardım üçün online müraciət hansı rayondan başlayacaq?

Ünvanlı sosial yardım üçün online müraciət hansı rayondan başlayacaq?

11 Yanvar 2012, 13:52

Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri cari ilin əvvəlindən Bakı şəhərində və respublikanın 14 şəhər və rayonunda davam etdiriləcək. Bununla bağlı olaraq, 11 yanvar 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) nazir müavini İlqar Rəhimovun başçılığı ilə Bakı şəhərinin rayonlarının, həmçinin alternativ müraciət mexanizmlərinin tətbiq olunacağı Sumqayıt şəhərinin və Abşeron rayonunun Əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərlərinin, eyni zamanda “Azərpoçt” MMC-nin nümayəndələrinin, adıgedən şəhər və rayonların poçt filiallarının rəhbərlərinin iştirakı ilə seminar keçirilib.

ƏƏSMN-dən verilən məlumata görə, seminarda qeyd olunub ki, Prezidentin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlərdən biri də ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin hazırlanıb.

Ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin 2011-ci ilin avqust ayından etibarən pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin ölkənin digər bölgələrində də davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda bu məlumatların həmin vətəndaşların mobil telefon nömrəsinə də göndərilməsi üçün müvafiq işlər görülür.

İclasda yeni müraciət mexanizmlərinin tətbiqi işlərinin davam etdirilməsi ilə əlaqədar məsələlər geniş müzakirə olunub, yerli qurumlara bu mexanizmin icrası ilə bağlı ətraflı izahat verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi