Modern.az

Azərbaycandan bir qrup jurnalist Ermənistanı Avropa Məhkəməsinə verir

Azərbaycandan bir qrup jurnalist Ermənistanı Avropa Məhkəməsinə verir

11 Yanvar 2012, 13:56

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini Avropa Məhkəməsinə verir.

Jurnalistlər Xalid Asif oğlu Kazımlı, Xalid Vahid oğlu Kazımov, Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı, Samir Kazımlı Ermənistan dövlətinin tarixi Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan Qarabağ rayonlarını işğal etməsi nəticəsində onların mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarını zorakılıqla pozduğunu, maddi və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərirlər.

Yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə rəsmi şikayət ünvanlacaq. Şikayətdə jurnalistlər Avropa İnsan Haqları Məhkəməsindən Ermənistanın onların hüquqlarını pozduğunun, işğalçılıq etməsinin təsdiqlənməsini xahiş edəcəklər. Eyni zamanda Ermənistanın buna görə təzminat ödəməsi istəniləcək. İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) və digər maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını ərzidə qeyd edəcəklər. Jurnalistlərin şikayəti üçün sənədləşmə işini Media Hüquqları İnstitutunun rəhbəri, tanınmış hüquqşünas Rəşid Hacılı öhdəsinə götürüb.

Təşəbbüsün müəlliflərindən Xalid Kazımlı bildirib ki, əslində onlar bu barədə ötən ilin əvvəlindən düşünürmüşlər: “Müxtəlif səbəblərdən, həm də ən ümdəsi, iddianın perspektivinə olan şübhəmizin artıqlığından biz bu təşəbbüsü təxirə saldıq. Ancaq bu günlərdə bir qrup Laçın sakininin müvafiq iddiasının AİHM-də icraata qəbul olunduğunu bildikdə yenidən bir araya gəldik və məsələni reallaşdırmaq qərarı verdik. Ermənistan ordusu bu sənədə imza atan hər bir şəxsin atasının və özünün evini yandırıb, mülkiyyətini tar-mar edib. 21-ci əsrdə bu kimi cinayəti edənlər cəzasız qala bilməz. Əgər sabah Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansa da, evlərimiz yenidən tikilib özümüzə qaytarılsa da, doğma yurdumuzdan kənarda məruz qaldığımız sıxıntıları, çəkdiyimiz iztirabları heç nə ilə kompensasiya etmək mümkün deyil". 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı