Modern.az

İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO  

İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO  

Aktual

20 May 2019, 19:47

Turizm sahəsində İsveçrənin ən mötəbər təhsil müəssisələrindən biri olan Xur Universitetinin tələbələri mayın sonunda ölkəmizə səfər edəcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizə səfər edəcək 10 tələbə ilə səfirlikdə görüş keçirib.

 

Son vaxtlar turizm sahəsində iki ölkə arasında münasibətlərin intensivləşdiyini, Azərbaycan Turizm Bürosu və İsveçrə Turizm Təşkilatı arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandığını bildirən səfir keçən ilin oktyabr ayında Bakı-Cenevrə-Bakı birbaşa aviareyslərinin fəaliyyətə başlamasının bu münasibətlərin inkişafına təkan verdiyini bildirmişdir. Səfir tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, daxil və xarici siyasəti və son iqtisadi nailiyyətləri barədə məlumat verərək, iki ölkə arasında qarşılıqlı tanışlıq səfərlərinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında əhəmiyyətini vurğulayıb.

 

Apardıqları tədqiqatlar zamanı Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olduqlarını qeyd edən tələbələr, ölkəmizə səfərin təşkilində göstərilən köməkliyə görə təşəkkür edərək, Azərbaycanın təbliği və ikitərəfli əlaqələrimizin gələcək inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

 

Görüşdə, həmçinin ADA Universitetinin təhsil proqramları barədə məlumat verilib və tələbələr bu ali məktəbin təhsil proqramlarında iştirak etməyə dəvət ediliblər. Görüşün sonunda səfir Xanım İbrahimova hazırda Azərbaycana səfəri nəzərdə tutulan tələbələrlə xatirə şəkili çəkdirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi