Arxiv
20 May 2019, 20:01 | AKTUAL
Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır”.

Modern.az xəbər verir ki, bunu “Trend”ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

 

L.Abdullayeva bildirib ki, birinci istiqamət siyasi və təhlükəsizlik istiqamətidir: “İkinci istiqamət iqtisadi və ticari məsələləri əhatə edir. Üçüncü istiqamət isə sektoral əməkdaşlıq adlanır, yəni müxtəlif sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edir. Sazişin mətninin böyük hissəsi, demək olar ki, 90 faizindən çoxu razılaşdırılıb, yerdə qalan məsələlər üzərində danışıqlar davam etdirilir. Sazişin nə vaxt imzalanması böyük əhəmiyyət kəsb etmir. Bizim üçün ən vacibi keyfiyyət məsələsidir və maraqlarımıza cavab verən bir sazişin əldə olunmasıdır. Azərbaycan tərəfi öz mövqeyini ifadə etdi ki, əgər bu geniş sənəd olacaqsa, “Şərq Tərəfdaşlığı” Proqramında iştirakçı ölkələrin marağında olan və prinsipal xarakter daşıyan məsələlər burada öz əksini tapmalıdır. Necə ki bundan əvvəl “Şərq Tərəfdaşlığı” sammitlərinin nəticəsində qəbul olunmuş yekun bəyanatlarda bu məsələlərə yer ayrılır. O cümlədən ən vacib məqam ərazi bütövlüyü ilə bağlıdır. Bu sənəddə “Şərq Tərəfdaşlığı”nın bundan öncə keçirilmiş zirvə toplantılarının yekununda qəbul edilmiş sənədlərə istinad edildi. Həmin sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə olunub”.

 

L.Abdullayeva əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illər boyu aparılan danışıqlarda əsas məqamlar bəllidir: “Bu gün əsas problem işğalçı ölkənin, yəni Ermənistanın bu məsələdə konkret siyasi iradə göstərməməsidir. Siyasi iradə olarsa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərində qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa və didərgin salınmış azərbaycanlılar bu ərazilərə geri qayıdarsa, bundan sonra konkret irəliləyiş əldə olunacaq və bölgədə sülh və təhlükəsizlik təmin olunacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02