Modern.az

Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO

Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO

20 May 2019, 20:13

“Güclü külək İsmayıllıda  meşə təsərrüfatına ziyan vurub”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

 

Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit  keçib,  rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib.

 

 Nazirlik rəsmisinin sözlərinə görə 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda  baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.

“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların  uçotu aparılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi