Modern.az

Tacikistanda həbsxanada qiyam

Tacikistanda həbsxanada qiyam

Dünya

20 May 2019, 22:43

Tacikistanın paytaxtı Düşənbənin şərqində yerləşən Vakhdat həbsxanasında qiyam baş verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, üsyan  zamanı 3-ü nəzarətçi, 24-ü İŞİD üzvü olmaqla azı 32 məhbus ölüb.

Tacikistanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, 5 məhbus və 3 nəzarətçi digər məhbuslar tərəfindən, qalan məhkumlar isə təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı öldürülüb.

 

İnsidentdən əvvəl üzərində bıçaq və kəskin alətlər olan 30 məhkum 3 nəzarətçini əsir götürübmüş.

 

Ölənlərin kimliyi hələlik açıqlanmır. Polis həbsxanada vəziyyətin nəzarətə götürüldüyünü bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür