Modern.az

Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi

Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi

Dünya

21 May 2019, 00:24

Parisin məşhur Eyfel qülləsinə dırmaşan naməlum şəxs tarixi abidədən düşürdülüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, xilasedicilər yerli vaxtla saat 15:30-da Eyfel qülləsinə dırmaşan şəxsi 6 saat sonra düşürməyə nail olublar.

 

Tarixi abidənin ikinci mərtəbəsindən - 115 metr hündürlükdən dırmaşmağa başlayan şəxs qüllənin üçüncü, sonuncu mərtəbəsinə qədər - 324 metrədək qalxmağa nail olub və bundan sonra havadan asılı vəziyyətdə dayanıb. Naməlim şəxsin hansı məqsədlə Eyfel qülləsinə qalxması hələlik məlum deyil.

 

Qeyd edək ki, bununla bağlı tarixi abidəyə giriş-çıxış dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü