Modern.az

Paşinyan Qarabağ separatçılarının liderini tənbeh etdi

Paşinyan Qarabağ separatçılarının liderini tənbeh etdi

Dünya

21 May 2019, 11:34

Ötən gün Qarabağ separatçılarının lideri Bako Saakyan Yerevana gələrək baş nazir Nikol Paşinyan və parlamentdə çoxluq təşkil edən “Mənim addımım” fraksiyasının üzvləri ilə görüşüb.

 

Modern.az Ermənistan “Qrapark” qəzetinə istinadən xəbər verir ki, Saakyan 2008-ci il iğtişaşlarında insan ölümlərinə görə mühakimə olunan Robert Koçaryanın məhkəməsində ona zamin durmasına görə ciddi tənqidlərlə üzləşib.

Paşinyan Saakyanın Koçaryana zamin durmasını və şəxsən məhkəmə prosesinə qatılmasını böyük səhv adlandırıb.

 

“Saakyan öz izahında bu addımı gərginliyə hesablanmadığını deyib. O, humanizm prinsiplərindən çıxış etdiyini əlavə edib”.

Qarabağ separatçılarının lideri bundan sonra jurnalistlərin suallarını cavablandırıb və görüşün əhəmiyyətindən danışıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!