Modern.az

Vəkil Anar Qasımov İslam Partiyasının həbsdəki rəhbərliyilə görüşüb

Vəkil Anar Qasımov İslam Partiyasının həbsdəki rəhbərliyilə görüşüb

Təhsil

11 Yanvar 2012, 16:06

Bu gün Azərbaycan İslam Partiyasının həbsdəki sədri Mövsüm Səmədov və partiyanın digər funksionerlərinin vəkili Anar Qasımlı İslam Partiyasının rəhbərliyilə görüşüb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə həbs olunanların saxlanma şəraiti, səhhəti və ümumi vəziyyət haqqında məlumat verən A.Qasımlı Vaqif Abdullayev və Rufulla Axundzadə barəsində bunları deyib: “Həm Vaqif Abdullayev, həm də Rufulla Axundzadə özlərini yaxşı hiss edirlər. Onlar tibb məntəqəsində müalicə alırlar. Əvvəl səhhətlərində problem yaranmışdı, amma indi normallaşıb”.

A.Qasımlı islamçıların apellyasiya məhkəmələri haqqında da məlumat verib: “Biz apellyasiya şikayəti vermişik. Məlum səbəblərə görə, apellyasiya şikayətinə baxılmaqda gecikmələr olub. Ona görə də növbəti məhkəmə iclası fevralın 29-a təyin olunub”.

Sonra partiya funksionerləri həbsləri pisləyib və qanunsuz olduğunu bildiriblər: “Hesab edirik ki, bu həbslər qanunsuz və siyasi sifarişdir. Ona görə də həbs olunan islamçıların tezliklə azad olunmalarına ümid edirik”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır