Modern.az

Komitə rəsmisi: “4 oğlu olan valideyn Qocalar evində yaşayır”

Komitə rəsmisi: “4 oğlu olan valideyn Qocalar evində yaşayır”

21 May 2019, 12:08

"Ailədə, cəmiyyətdə qıza və qadına üstünlük verilməlidir. Qadın "Üçüncü uşaq da qız doğulsa, evə gəlmə" qorxusu altında yaşamamalıdır".

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova media nümayəndələrinin gender həssaslığının artırılması və gender əsaslı cins seçimi mövzusu üzrə praktik seminarda çıxışı zamanı deyib. A.Veysəlova deyib ki, qadın hamilə olarkən psixoloji problemləri yaşamamalıdır:

"Qayınana da qadındır və niyə gəlini qız uşağını dünyaya gətirməməyə məcbur etməlidir? Ailədə və cəmiyyətdə "oğlan ailənin dayağıdır, valideynlərinin qayğısına qalır" stereotipləri pozulmalıdır. Təcrübədə də sübut edilib ki, 4 oğlu olan valideyn qocalar evində yaşayır. Bəzən mətbuatda "Gecə filan geyimdə, filan saçda olan qadın zorakılığa məruz qalıb" başlıqlı yazılar tirajlanır. Bu, düzgün deyil, bəlkə o, 3-cü növbədəki işdən gəlir. O an həmin qadın haqqında önyarğılı qərar verilməməlidir".

 Komitə rəsmisi eyni zamanda deyib ki, Azərbaycanda cins balansı pozulur: "Əgər 2017-ci ildə Azərbaycanda hər 100 qız uşağına qarşı 114 oğlan dogulurdusa, 2018-ci ildə hər 100 qıza qarşı 118 oğlan doğulur. Ölkədə qız uşağının azalması ilə bağlı həyəcan təbili çalınır. Ailədə qızların sayının azalmasının ailə institutuna mənfi təsirini müşahidə edirik. Söhbət ondan getmir ki, ailədə oğlan uşağı doğulmasın. Məsələ odur ki, cəmiyyətdə qızlara dəyər verilsin. Qadin üçüncü uşağı qız doğulacağı təqdirdə xəstəxanadan evə gəlmə orxusu altında yaşamamalıdır. Tək uşağın cinsiyyəti barədə psixoloji problemi yaşamasın. Bu gün selektiv abortlar nəticəsində qadınların xərçəngə yoluxma riski artır. Sonradan doğulan oğlan uşaqları da qüsurlarla doğulur. Stereotiplər qırılmalıdır ki, problemlər həll olunsun".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır