Modern.az

Əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə ilə bağlı DƏYİŞİKLİK  

Əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə ilə bağlı DƏYİŞİKLİK  

21 May 2019, 12:45

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün iczə vərəqəsinin verilməsi və müddətinin uzadılması 15 və 20 gün ərzində mümkün olacaq.

 

Modern.az xəbər verir ki, bu, mayın 21-də Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 1 illik verilməsi və müddətinin uzadılmasına görə 40 manat dövlət rüsumu alınır. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin müddəti uzadıldıqda) üçün isə 80 manat dövlət rüsumu alınır.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 15 gün ərzində 1 illik iczə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 60 manat, 2 illik üçün 120 manat manat dövlət rüsumu alınacaq. 20 gün ərzində 1 illik iczə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 40 manat, 2 illik üçün isə 80 manat manat dövlət rüsumu alınacaq. Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir