Modern.az

Milli Məclisin bir qrup deputatı Qazaxıstana gedir

Milli Məclisin bir qrup deputatı Qazaxıstana gedir

11 Yanvar 2012, 16:15

Milli Məclisin deputatları  Qazaxıstana səfər edəcəklər. Bu barədə Modern.az saytına Milli Məclisin Mətbuat xidməti məlumat verib.  Məlumatda bildirilib ki, Milli Məclisin bir qrup deputatı Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər.  Yanvarın 15-nə təyin olunan  seçkiləri millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər. 

Məlumatda oda bildirilib ki, deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, tədbirin təşkili məsələləri ilə maraqlanacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 18-də başa çatacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir