Arxiv
21 May 2019, 13:46 | AKTUAL
Azərbaycanlı deputat Paşinyanı küçə uşağı adlandırdı

"Son günlər Ermənistanda maraqlı hadisələr cərəyan edir. Məhz Nikol Paşinyanın tələbi, əslində istəyi ilə tutulan Robert Koçaryan azadlığa buraxılıb və bu baş nazirin xoşuna gəlməyib. Yenidən xalqa çağırışlar edərək, xalqı küçələrə səsləyib və məhkəmə hüquq sisteminin işləmədiyi fikrini ifadə edib".

 

Bu barədə Modern.az-a deputat Sona Əliyeva söyləyib. Onun sözlərinə görə, N.Paşinyan ona, hökumətə və xalq hakimiyyətinə oyuncaq məhkəmənin lazım olmadığını bəyan edib:

 

"Əlbəttə ki, Koçaryana Rusiya dəstəyi birmənalı ifadə olunur, azadlıqda olan Koçaryan isə onun hakimiyyətinə bilavasitə təhdiddir. Bunlar hamısı faktdır. Ziddiyyət təşkil edən isə odur ki, ölkədə daxili siyasi prosesləri tənzimləyə bilməyən, tarazlıq yaratmağı bacarmayan, ölkənin məhkəmə, hüquq-mühafizə sistemini, ordu sıralarını şəffaflaşdıra bilməyən və hakimiyyətə gəldikdən sonra yenədə tərəfdar toplaya bilməyən, özünü şıltaq, yeniyətmə küçə uşağı kimi aparan baş nazir, demokratiya, ədalət, şəffaflıq kimi sivil dəyərlər vəd edərək, yenidən xalqı küçələrə səsləyir. Sual olunur, nə üçün? Əlbəttə, öz hakimiyyətini qorumaq üçün… Koçaryanın ölkədə nüfuz sahibi olduğu heç kəsə sirr deyil, dövlətdə, ordu sıralarında əhəmiyyətli dəstəyi var, “Qarabağ klanı” da daxil olmaqla… Təəssüf ki, xalqının deyil, öz hakimiyyətinin düşkünü olan N.Paşinyan erməniləri vətəndaş qarşıdurmasına sürükləyir, lakin bu keçən dəfəki kimi sülh yolu hakimiyyət çevrilişinə oxşar proses olmayacaq. Çünki Koçaryan təcrübəli siyasətçi olmaqla yanaşı, əlləri erməni və Azərbaycan xalqının qanına bulaşmış mərhəmətsiz cinayətkardır, mərhəmət hissindən məhrumdur”.

 

S.Əliyeva qeyd edib ki, verdiyi vədləri tutmayan, son bir ildə xalqın sosial rifahı üçün əhəmiyyətli işlər görə bilməyən artıq xalqı sözlə yemləməyin mümkünsüzlüyünü anlamır.

 

“Onlara real iş, keyfiyyətli həyat, stabillik, sivil və humanist prinsiplərə dayanan dövlət lazımdır. Hər halda, bu oyunun sonu nə olacaqsa, birlikdə şahid olacağıq, amma bütün bu proseslər Ermənistana yaxşı heç nə vəd etmir".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgədində yerləşən məktəblilər üçün təlimlər keçirəcək - FOTO 14 Noyabr 2019, 17:46 İlham Əliyev onlara fəxri adlar verdi 14 Noyabr 2019, 17:45 Novruz Aslanov müğənniləri müdafiə etdi 14 Noyabr 2019, 17:39 Asim Mollazadə miqrant alverindən danışdı: “Xoşagəlməzdir” 14 Noyabr 2019, 17:30 İlham Əliyev Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib - FOTO 14 Noyabr 2019, 17:25 Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib 14 Noyabr 2019, 17:22 Almaniya Azərbaycanlıları Alyansından mühacir alverçiləri ilə bağlı BƏYANAT  14 Noyabr 2019, 17:16 Prezident bu sazişləri təsdiq etdi 14 Noyabr 2019, 17:08 Prezident İlham Əliyev: “Münaqişənin həlli üçün yeganə yol...” 14 Noyabr 2019, 17:00 İlham Əliyev Mahmud Abbası təbrik edib 14 Noyabr 2019, 16:55 Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib 14 Noyabr 2019, 16:53 Türkiyə Suriyada yeni hərbi baza inşa edir 14 Noyabr 2019, 16:39 Goranboyda 54 evə qaz verildi - FOTO 14 Noyabr 2019, 16:32 Daha bir qrup müəllimin maaşı artırıldı 14 Noyabr 2019, 16:31 QAT hədələdi: “Erməni jurnalistlərin Bakıya gəlişinə imkan verməyəcəyik!” 14 Noyabr 2019, 16:28 İcazəsiz ov edən şəxslər saxlanılıb 14 Noyabr 2019, 16:26 Moldovanın yeni Baş Naziri seçilib 14 Noyabr 2019, 16:20 “Döyüşdən kənar qalsaq, Azərbaycanı itirə bilərik!” 14 Noyabr 2019, 16:14