Modern.az

2011-ci ildə 100-dən çox QHT rəsmi qeydiyyata alınıb

2011-ci ildə 100-dən çox QHT rəsmi qeydiyyata alınıb

11 Yanvar 2012, 16:45

Rauf Zeyni: “Milli Qeyri-Hökumət Təşkilatları Forumuna üzv olan təşkilatların sayı 570-i keçib”

2011-ci ildə Milli Qeyri Hökümət Təşkilatları  Forumuna 20 təşkilat üzv qəbul olunub. Bu barədə Modern.az saytına Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib.

Beləliklə, Foruma üzv QHT-lərin sayı 574-ə çatlb: “Bizə üzv olmaq üçün müraciət edən QHT-lərin sənədləri forumun nizamnaməsini təmin etmirsə, idarə heyətinin üzvləri, təşkilatın sənədləri, adı ilə bağlı hər hansı bir problem olursa, onların qəbulundan imtina edirik. İndiyədək heç bir QHT-yə Foruma üzv olmaq üçün bürokratik əngəl yaradılmayıb. Milli QHT Forumu şəffaf bir təşkilat kimi 12 ildi fəaliyyət göstərir. Forum həm öz  üzvləri, həm cəmiyyət, həm də dövlət qurumları ilə şəffaf əməkdaşlığın tərəfdarıdır. Ona görə də ilk növbədə biz özümüz şəffaflıq nümünəsi göstəririk”.

R.Zeyni son zamanlar Foruma müraciət edənlər arasında regionlarda fəaliyyət göstərən QHT-lərin sayının artdığını bildirib: “Milli QHT Forumuna üzv olan 574 təşkilatdan yüzə qədəri regionları təmsil edir, qalanları paytaxtda, Abşeron yarmadasından və Sumqayıt şəhərindən qeydiyyatda olan təşkilatlardı. Foruma üzv olan təşkilatların çoxu sosial sahələri əhatə edir.

R.Zeyni onu da bildirib ki, 2011-ci ildə Ədliyyə Nazirliyində yüzdən çox QHT dövlət qeydiyyatına alınıb.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı