Arxiv
21 May 2019, 15:40 | DÜNYA
Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi zamanı etdiyi çıxış ciddi rezonans doğurub.

Modern.az xəbər verir ki, 20 dəqiqədən bir qədər artıq çəkən çıxışı zamanı Zelenski önəmli məsələlərə toxunub, prezidentlik dönəminin əsas istiqamətləri və məqsədləri barədə məlumat verib.

 

Portretlərdən imtina

Zelenski öz inaqurasiya nitqinə prezidentliyinin hər kəsin, o cümlədən 6 yaşlı oğlunun prezidentliyi olacağı ilə bağlı açıqlama verdi.  

“İndi mən yox, hamımız and içdik. Bütün ukraynalılar əllərini Konstituasiyaya qoyaraq sədaqət andı içdilər”.

 

Çıxışının sonunda yenidən bu məqama dönən Zelenski öz portretlərinin divarlardan asılmasına qarşı çıxdı.

“Çox istərdim ki, kabinetlərinizdə mənim portretim olmasın. Çünki prezident ikona, büt deyil. Prezident portret deyil. Ora öz uşaqlarınızın şəklini asın və hər qərar verəndə onlara baxın”-deyə Zelenski çıxışında deyib.

 

Donbasda müharibənin dayandırılması

Vladimir Zelenski əsas vəzifəsinin müharibəni dayandırmaq olduğunu deyib. Amma bunun üçün konkret plan açıqlamayıb.

“Sizi əmin edirəm ki, bizim igidlərimiz ölməsin deyə mən hər şeyə hazıram. Mən çətin qərarlar verməkdən qorxmuram. Öz vəzifəm, postum, reytinqimin ziddinə sülhün əldə olunmasına hazıram. Danışıqlara yaxşı başlamaq üçün bütün ukraynalı əsirlərin azad olunmasını gözləyirəm”.

 

Rus dilli sakinlərə müraciət

Andiçmə mərasimi zamanı Zelenski bir neçə dəfə rus dilinə keçirdi. Bununla, o, Luqansk və Donetskdə nəzarət olunmayan ərazilərdə yaşayan vətəndaşlara mesaj yollayırdı. Zelenski ölkə sakinlərinin dil fərqliliyinə görə bölünməyəcəyini elan edib.

“Biz futbolda islandiyalılar kimi, vətənini müdafiəsində israillilər kimi, texnologiyada yaponlar kimi və bir-birilə xoşbəxt yaşamaqda isveçrəlilər kimi yaşamağı öyrənməliyik”.

 

Növbədənkənar parlament seçkiləri

Vladimir Zelenski Ali Radanın buraxılması barədə qərar verib. O, yay aylarında keçiriləcək seçkilərdən sonra parlamentdə Pyotr Poroşenkonun çoxluq təşkil edən blokunu arxa plana çəkmək istəyir. Paralel olaraq, o deputatların toxunulmazlıq hüququnun aradan qaldırılmasını da təklif edib. Zelenskinin daha bir planı hökumətin buraxılması və bölgələrə yeni qubernatorlar təyin olunan zaman kriteriyaların dəyişməsi olacaq.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47