Modern.az

Sumqayıtda qadını zorakılıqla öldürən cani yaxalandı

Sumqayıtda qadını zorakılıqla öldürən cani yaxalandı

11 Yanvar 2012, 17:09

30 dekabr 2011-ci il tarixdə saat 18:00 radələrində Rzayeva Raya Əziz qızının yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 575 c ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Modern.az Baş Prokrorluğa istinadən bildirir ki, fakta görə həmin tarixdə şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sumqayıt şəhər prokurorluğu, Sumqayıt şəhər Polis İdarəsi, Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Cəfərov İntiqam Akif oğlu yanvarın 7-də tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, İntiqam Cəfərov dekabrın 30-da saat 11:00 radələrində oğurluq məqsədi ilə Raya Rzayevanın yaşadığı evə daxil olduqda sonuncu ona mane olmaq istəyib. Bu zaman İntiqam Cəfərov üstündə gəzdirdiyi bıçaqla onun boyun nayihəsinə, eyni zamanda təpik və daşla isə  başının sifət və digər nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq qəsdən öldürüb. Bundan sonra İ.Cəfərov zərərçəkənin üstündə olan iki ədəd qızıl üzüyü və sırğaları, habelə evdə olan "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb.

İntiqam Cəfərova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir