Modern.az

Bolqarıstan parlamenti türklərlə bağlı tarixi sənəd qəbul etdi

Bolqarıstan parlamenti türklərlə bağlı tarixi sənəd qəbul etdi

11 Yanvar 2012, 22:37


Bolqarıstan parlamenti ölkədə 1989-cu ildə sona çatan kommunist rejiminin müsəlman və türklərə qarşı tətbiq etdiyi asimiliyasiya kampaniyasını qınayan sənəd qəbul edib. Modern.az xəbər verir ki, məlumatı türkiyə KİV-ləri yayıblar. Bu, Bolqarıstan dövlətinin türklərə qarşı kampaniyanın aparıldığını rəsmi olaraq qəbul edən ilk sənəd olması baxımından böyük əhəmiyyət daşıyır.

Sabiq baş nazir və Güclü Bolqarıstan üçün Demokratlar Partiyasının (DSB)  lideri İvan Kostovun hazırladığı sənəd səsverməyə qatılan 115 millət vəkilinin 112-si tərəfindən dəstəklənib. 3 millət vəkili isə bitərəf qalıb.

Sənəddə asimilyasiya kampaniyasına məsul şəxslərin şübhəli olduğu və 20 ildir süründürülmədə buraxılan iddiaya yenidən baxılması və günahkarların cəzalandırılması da tələb edilir.

İvan Kostov yüzlərlə Bolqarıstan türkü və müsəlmanın həyatını itirdiyi asimiliyasiya kampaniyasının keçmiş kommunist rejimi tərəfindən "Yenidən Doğuş Müddəti" olaraq adlandırıldığını xatırladaraq “Bolqarıstan müsəlmanlarının məcburi asimiliyasiyasını qınama sənədi”ni parlamentin bütün siyasi gücləri tərəfindən dəstəkləməyə çağırıb:

"Kommunistlərin icra etdiyi bu kampaniya əsnasında 360 mindən çox türk mənşəli vətəndaşımız köçə məcbur edildi. Etnik təmizlik cəhdi olaraq gördüyümüz bu hərəkəti şiddətlə qınayırıq. Respublika Baş prokuroru Boris Velçevi qısa müddətdə kampaniya ilə əlaqədar iddiaya yenidən baxmağa çağırırıq. Bunu bütün Bolqarıstan xalqının ortaq cinayəti kimi qəbul edirik. Yaxın tariximizin əhəmiyyətli bir səhifəsini bir dəfə daha oxuyub bağlamaq məcburiyyətindəyik".

DSB millət vəkili Lıçezar Toşev də ən az 517 adamın asimiliyasiya kampaniyası əsnasında öldürüldüyünü, 500-dən çox Bolqarıstan türkünün Belene həbsxanasına göndərildiyini söyləyib.

Sənədin səsverməsi zamanı ona qarşı çıxan ana müxalifət - Bolqarıstan Sosialist Partiyasından və qatı milliyyətçi ATAKA partiyasından olan olan millət vəkillərinin qatılmaması diqqət çəkib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı