Modern.az

Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi

Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi

22 May 2019, 15:41

 

Mayın 22-də Azərbaycan Dillər Universitetində (ADU) alman şairi Fridrix Şillerin “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş olunub.

 

Modern.az xəbər verir ki, alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə səhnələşdirilən tamaşanın ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, ssenari müəllifi kafedranın müdiri Qahirə Axundova, rejissoru Faiq Mirzə, quruluşçu rəssam və səs effektləri üzrə məsul şəxs kafedranın əməkdaşı Leyla İsmayılzadədir.

 

Rektor Kamal Abdulla rəhbərlik etdiyi universitetdə təhsil alan tələbələrin istedadı, yaradıcı potensialı haqqında danışıb, onlarla fəxr etdiyini diqqətə çatdırıb:

“Tamaşa olduqca maraqlı, təsirli, dolğun alınıb. Bütün tələbələrə gələcək yaradıcı işlərində uğurlar arzu edirəm. Mən Fridrix Şillerin “Yunan Allahları” şeirini çox sevirəm. Bu, əslində qəmgin əsərdir. Tamaşanın sonluğu çox gözəl tapılıb, quruluşu yaxşı alınıb. Bu tamaşanın digər universitetlərin səhnələrində göstərilməsini də təklif edəcəyəm”.

 

Tamaşanın rejissoru Faiq Mirzə universitetə və tələbələrə fəaliyyətlərində uğurlar arzulayıb. O, akademik Kamal Abdullanın gəncləri F.Şillerin yaradıcılığı ilə tanış etmək istiqamətində həyata keçirdiyi təşəbbüsünü yüksək qiymətləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı