Arxiv
22 May 2019, 15:52 | AKTUAL
Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu

“Nəticələr göstərir ki, Bakının Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır”.

Modern.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünyanın iri şəhərlərinə xas olan keyfiyyəti hava problemi Bakı şəhəri üçün də səciyyəvidir.

Burada iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın çoxluğu atmosfer havasına öz mənfi təsirini göstərməkdədir.

 

U.Tağıyeva əlavə edib ki, may ayında keçirilən atmosfer havasının səyyar monitorinqinin nəticələrinə əsasən, Bakının Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub. Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur:

"Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdır".


U.Tağıyeva bildirib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir.Digər ərazilərlə müqaisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.

 

Departament direktoru deyib ki, Bakı şəhəri Heydər Əliyev adına “Neft Emalı” zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə mügayisədə daha yüksək olub:

 

"Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə -Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot-4 oksid, kükürd qazı, dəm qazı, Toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər".

 

U.Tağıyeva bildirib ki, Sumqayıt şəhərində aparılan anoloji monitoriqlərin nəticələrinə əsasən, Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub:

 

"Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tərbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür. Nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir".

 

Jalə Mehdiyeva

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda Cənubi Karolina Universitetinin diplomunu almaq mümkün olacaq 24 İyun 2019, 16:22 “Heç kim bizə hədə-qorxu gələ bilməz!” 24 İyun 2019, 16:19 Ermənistanda 60 tələbə və müəllim təxliyə olundu 24 İyun 2019, 16:12 İstanbul seçkiləri: Türkiyə yeni mübarizə dönəmində 24 İyun 2019, 16:11 Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi 24 İyun 2019, 16:06 “Koroğlu” körpüsündə intihara cəhd - YENİLƏNİB 24 İyun 2019, 16:04 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı 24 İyun 2019, 15:42 İstanbul meri uğrunda səslərin 100%- i hesablandı 24 İyun 2019, 15:39 Çingiz Qənizadə:Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil” 24 İyun 2019, 15:32 Azərbaycanda saytlara girişdə problem yarandı – Nazirlikdən AÇIQLAMA 24 İyun 2019, 15:31 Abid Tahirlinin yeni monoqrafiyası nəşr olunub 24 İyun 2019, 15:19 Azərbaycan dili fərdlər arasında birlik yaradır... - I YAZI 24 İyun 2019, 14:49 “İmamoğlu Ərdoğana rəqib ola bilər, amma...” - Azərbaycanlı deputatlardan REAKSİYA 24 İyun 2019, 14:31 Media nümayəndələri İlahiyyat İnstitutunda imtahanları izlədi   24 İyun 2019, 14:12 Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı 24 İyun 2019, 14:04 595192 hektar sahədə taxıl biçini aparıldı 24 İyun 2019, 13:53 Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ 24 İyun 2019, 13:50 Vilayət Eyvazov müşavirə keçirdi 24 İyun 2019, 13:45 Ölmüşdü Ağdam... 24 İyun 2019, 13:34 Mehdiabad yolunda qəza – 3 nəfər yaralandı   24 İyun 2019, 13:15 Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı   24 İyun 2019, 12:58 Nazir: “İlk dəfə minimum əməkhaqqı yaşayış minimumunu üstələyir” 24 İyun 2019, 12:53 Gürcüstan iqtidarı müxalifətin əsas tələbini qəbul etdi 24 İyun 2019, 12:53 “Namizədlər bu işə məsuliyyətsiz yanaşıb” – Məleykə Abbaszadə   24 İyun 2019, 12:40 Elçibəyin oğlu: “Atam təmtəraqlı ad günlərini sevməyib” 24 İyun 2019, 12:37 İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü 24 İyun 2019, 12:36 Xarici diplomatlar DOST MƏRKƏZİNDƏ - FOTOLAR 24 İyun 2019, 12:31 Kanadada Azərbaycan mətbəxi haqda kitab buraxıldı 24 İyun 2019, 12:26 Diaspor rəhbəri Finlandiya səfiri ilə müzakirə apardı   24 İyun 2019, 12:16 Bakıda BMT-nin Dövlət Xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib   24 İyun 2019, 12:06 “Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət 24 İyun 2019, 12:01 BDU-nun 300-ə yaxın tələbəsi rektora ŞİKAYƏT ETDİ 24 İyun 2019, 12:00 İstilər normadan 3-4 dərəcə yüksəkdir - AÇIQLAMA 24 İyun 2019, 11:46 İran ABŞ sanksiyalarına görə Azərbaycandan “nəfəs” istəyir - RƏSMİ 24 İyun 2019, 11:38 Çingiz Qənizadə seçicilərinə söz verdi 24 İyun 2019, 11:33