Arxiv
22 May 2019, 16:10 | AKTUAL
Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrların mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aid olan hissəsində onlar üçün yaradılmış xüsusi əraziyə buraxılması mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar iştirak ediblər.

 

Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 8 baş heyvan mayın 16-da Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılacaq. Əraziyə bu il daha 12 baş zubrun gətirilməsi də nəzərdə tutulur.

 

Yerli sakinlər və məktəblilər də zubrlara xüsusi maraq göstərərək tədbirə qoşulub, nəsli tükənmək təhlükəsi altında olan növlərin bərpası istiqamətində aparılan işlərlə tanış olub və öz dəstəklərini nümayiş etdiriblər. Eyni zamanda, tədbirə qatılan yerli gənc təbiətsevərlərə zubrların Azərbaycanda tarixi, onların təbiətdə rolu və mühafizəsi haqqında mühazirələr təşkil olunub.

 

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub.

 

IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi ilə birgə ölkəmizdə nadir növlər olan Qafqaz bəbiri, ceyran və zubrların populyasiyasının bərpası istiqamətində uğurlu layihələr icra edir.

 

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq layihənin təşkilatçıları ölkəmizin şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir müavini: “Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır” 16 Sentyabr 2019, 16:02 “Tarixlərin ən yaxşısı” nəşrə hazırlanır 16 Sentyabr 2019, 15:55 Müsavatın qurultayının vaxtı bilindi 16 Sentyabr 2019, 15:54 Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni təhsil ocaqları istifadəyə verilib 16 Sentyabr 2019, 15:53 Putin və Ruhani Türkiyədə 16 Sentyabr 2019, 15:49 Konqoda Eboladan ölümlər davam edir: ölənlərin sayı 2 minə çatdı 16 Sentyabr 2019, 15:42 6 rayonda güzəştli gübrə satılacaq 16 Sentyabr 2019, 15:38 Azərbaycanın ən çox alıb-satdığı mallar, ticarət etdiyi ÖLKƏLƏR 16 Sentyabr 2019, 15:35 Qənirə Paşayeva: “Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir” 16 Sentyabr 2019, 15:22 “Rusiya istəsə də dollardan imtina edə bilməz” 16 Sentyabr 2019, 14:49 Bakıda binaların dam örtüyü dəyişdirilir 16 Sentyabr 2019, 14:44 UNİCEF-in Azərbaycan üzrə rəhbəri Goranboyda 16 Sentyabr 2019, 14:38 Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir   16 Sentyabr 2019, 14:29 5 Xəzəryanı ölkənin səlahiyyətli mümayəndəsi Bakıda toplaşacaq 16 Sentyabr 2019, 14:22 Bakı Mühəndislik Universitetində yeni dərs ili - FOTOLAR 16 Sentyabr 2019, 14:12 Ceyhun Bayramov Qubanın kəndində məktəbin açılışında   16 Sentyabr 2019, 14:06 “Bu il Azərbaycanda üzüm ötənilkindən baha olacaq” - RƏSMİ 16 Sentyabr 2019, 14:01 Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ 16 Sentyabr 2019, 14:00 “Qarabağ” - “Sevilya” oyununu bu hakimlər İDARƏ EDƏCƏK 16 Sentyabr 2019, 13:52 İlham Əliyev: “Azərbaycan-Türkiyə tərəfdaşlığı son illər daha da möhkəmlənib” - YENİLƏNİB 16 Sentyabr 2019, 13:48 Qarabağ Universiteti Bərdədə açılacaq? - Deputat: “Bakının yükü azala bilər” 16 Sentyabr 2019, 13:41 Lənkəranda dayısını öldürən bacıoğlu və dostları tutuldu 16 Sentyabr 2019, 13:33 AzTV loqosunu DƏYİŞDİ – FOTO 16 Sentyabr 2019, 13:23 Özbəkistan Türk Şurasına üzv oldu - Azərbaycan bəyanat verdi 16 Sentyabr 2019, 13:19 Pilot Rəşad Atakişiyevin ailəsi DTX rəisinə müraciət etdi 16 Sentyabr 2019, 13:16 Leş axtaranlar... 16 Sentyabr 2019, 13:13 Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır 16 Sentyabr 2019, 13:11 “Azərbaycanın Dostları” adlı sosial şəbəkə istifadəyə verilir 16 Sentyabr 2019, 13:08 Tədris ilinin ilk dərsləri  16 Sentyabr 2019, 13:03 Sabah 31 dərəcə isti olacaq - HAVA PROQNOZU 16 Sentyabr 2019, 12:54 2020-ci ilin büdcə layihəsi: Nə, necə dəyişir? 16 Sentyabr 2019, 12:50 Neftdən asılılığı aradan qaldıra bilmirik 16 Sentyabr 2019, 12:39 Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir   16 Sentyabr 2019, 12:36 5 avroya təyyarə bileti satılır! ƏN UCUZ AVİAŞİRKƏTLƏR 16 Sentyabr 2019, 12:36 Payızda bu xəstəliklərə qarşı diqqətli olun! 16 Sentyabr 2019, 12:28