Modern.az

QHT-lər “Eurovision-2012”- də

QHT-lər “Eurovision-2012”- də

12 Yanvar 2012, 10:36

Artıq  hər kəsə məlumdur ki, “Eurovision-2012” yarışması paytaxtımız Bakı şəhərində keçiriləcək. Deməli Bakı bu il  “Eurovision” paytaxtı olmaqla bərabər bütün dünyanın  diqqəti  özünə cəlb edəcək. Hökumət tərəfindən “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı komitə yaradılıb və dövlət səviyyəsində müəyyən  işlər aparılır.  Bu məqsədlə  Bakı şəhərində musiqi yarışmasının yüksək standartlara uyğun  təşkili  və bütün dünyada  Azərbaycanının təbliği üçün  dövlət tərəfindən böyük yenidənqurma və bərpa işləri görülməkdədir.  Bununla bərabər hökumətin müxtəlif strukturları kompleks layihələr həyata keçirməkdədirlər. İctimai təhlükəsizliyin qorunmasına cavabdeh olan polis işçiləri ingilis dili kurslarına cəlb olunublar. Həmçinin əhalinin yüksək keyfiyyətli internetlə təmin olunması məqsədilə bir sıra layihələr həyata keçilir və s. Bəs gəlin baxaq təkcə dövlətin gördüyü işlər “Eurovision” günlərinin istənilən səviyyədə təşkili  üçün kifayət edəcəkmi?  İctimai mühit, cəmiyyət buna nə dərəcədə hazırdı?

Qeyd etmək lazımdır ki, kifayət qədər mötəbər, dünya səviyyəli  musiqi yarışmasına ölkəmizin ev sahibliyi etməsi Azərbaycan üçün ictimai, siyasi, mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir. Dövlətin etdiyi işlələr yanaşı musuqi yarışmasının daha effektiv təşkili və beynəlxalq aləmdə Azərbaycanın müsbət imici üçün ictimai dəstəyi olması ən vacib amillərdən biridir. Bu baxımdan cəmiyyəti, ictimai mühiti hazırlmaq üçün vətəndaş cəmiyyətinin əsas strukturlarından olan qeyri-hökumət təşkilatları da bu fəaliyyətdə daha yaxından iştirak etməildirlər və onların  üzərinə böyük məsuliyyət, yük düşür.  Ona görə ki, bu  möhtəşəm tədbiri  layiqincə həyata keçirmək və  Azərbaycanın bütün müsbət tərəflərini üzə çıxarmaq , bu xüsusiyyətləri təbliğ etmək hər bir vətəndaşın borcudur. Bu məqsədlə dövlət və digər ictimai inistutlarla bərabər  QHT-lərin də  müəyyən təşəbbüslərdə bulunmasına və ciddi layihlər icra etməsinə böyük ehiyac duyulur.

Tədqirəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası elan etdiyi son müsabiqədə “Eurovision-2012” musiqi yarışması ilə bağlı QHT-lərin təşəbbüslərini və layihələrini həyata keçirmək üçün xüsusi istiqamət ayırılıb. Məlumat üçün bildirmək istərdim ki, Şura dekabrın 9-da 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə  4-cü istiqaməti  olan “Eurovision- 2012” mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə  ictimai dəstək – 10 min, ümumi fond 80 min manat məbləğındədir. Onu da qeyd etmək yerinə düşərdi ki, buna qədər də Şuranın dəstəyi ilə  bir neçə QHT tərəfindən göstərilən istiqamətdə bir neçə layihə həyata keçrilib. Bu məqsədlə icra olunana layihlərin zamanı Eurovision-2012” öncəsi mövcud olan problemlər təhli olumuş və bununla bağlı  araşdırma yazıları çap olunmuş, mütəxəsislərlə müsahibələr hazırlanmış,  paytaxtımızın ictimai- mənəvi mühitinin əsas cəhətlər qeyd olumuş və bir sıra  maarifləndirici çağırışlar edilmişdir.  Əhali qrupları üçün hazırlanmış maarifləndirici, təbliğat vasitələrində ictimai – mədəni davranış qaydaları nəzərə çatdırılmışdır.

Amma bu gün hər birimizi narahat  edən ictmai,mədəni davranış qaydalarında problemlərin mövcudluğu -  bəzi vətəndaşlar tərəfindən  ictimai yerlərdə,küçə və parklarda məişət tullantılarının təyin olunmayan yerlərə atılması, sərnişin nəqliyyatlarında təmizliyə riayət olunmaması ,eyni zamanda sərnişinlərin, sürücülərin  davranış qaydalarına əməl etməmələri, küçələrdə çoxsaylı dilənçilərin olması ölkəmizi  imici  üçün mənfi xüsusiyyətlər kimi diqqəti cəlb edir .  Düşünürik ki,bu gün göstərilən problemlərin həll olunmaması  və “Eurovision 2012” günlərində də özünü biruzə verməsi ölkəmizə gələcək minlərlə  xarici qonağın, icimaiyyət nümayəndələrinin Azərbaycanla bağlı təsəvvürlərində mənfi təssurat oyada bilər. Onu da qeyd etməliyəm ki, sözsüz ki,müsabiqənin gedişi zamanı Azərbaycana düşmən münasibətdə olan  xarici media nümayəndələri  daha çox mənfi məqamların işıqlandırılmasına çalışaqalar. Buna görə də göstərilən problemlər qısa zamanda öz həlli tapmalıdır. Əlbəttə aidiyyatı qurumları və vətəndaş cəmiyyətini birgə səyi ilə.

Artıq Şura rəsmilərinin bildirdiyinə görə də 2012-ci il üçün I qrant müsabiqəsinin ötən ilin dekabrın 30-da başa çatıb və  “Eurovision-2012” ilə bağlı xeyli təkliflər alıblar. Lakin  yenə də, müsabiqədənkənar şəkildə təklifləri dəyərləndirməyə hazır olduqlarını bildirirlər. Verilən informasiyalardan aydın olur ki, Şuraya  təqdim olunan layihə və təkilflər  daha çox  əhalinin ictimai maarifləndirilməsi, ictimai davranış qaydalarının təkmilləşdirilməsi, sürücülərin və digər ictimai xidmət sahəsində çalışanların məlumatlandırılması, vətəndaş mədəniyyətinin inkişafı, təmizlik psixologiyasının formalaşması, eləcə də milli suvenirlərin hazırlanması və s mövzularındadır. Bundan başqa QHT-lər xarici qonaqlarla iş aparılması istiqamətində müəyyən fəaliyyət proqramları da hazırlamalıdır.

Amma bu gün QHT-lərin “Eurovision 2012” bağlı fəaliyyətlərində çatışmayan məqamlar da hiss olunmaqdaır. Gəlin baxaq, QHT-lər əvvəlki illərdə digər ölkələrdə  keçrilən  bu musiqi yarışmasında həmin ölkələrin QHT-lərinin yarışma öncəsi fəaliyyətini, təcrübəsini nə dərəcdə öyrənib araşdırıb, təhlil edib və bizim  cəmiyyətə çatdırıblar? Fikrimizcə, QHT-lər bu istiqamətə ciddi fikir verməlidir.  Daha bir məsələ QHT-lərlə biznes qurumları, özəl sektor arasında və əməkdaşlığı sayəsində “Eurovision 2012” bağlı birgə layihələrin icrası ola bilər. Əlbəttə bu məsələdə QHT-lərlə bərabər özəl sektorun da üzərinə böyük məsuliyyət düşür. QHT-lər müəyyən təşəbbüs və layihələrlə biznes qurumları qarşısında çıxış etməli, layihələrinin dəstək qazanmasına çalışmalıdırlar.Eyni zamanda biznes  qurumları da QHT-lərin təşəbbüslərini dəyərləndirməli, uğurlu sayıla biləcək layihəyə dəstək verməlidirlər. Bu kampaniyanı yüksək səviyyədə, ölkəmizə layiq, dünyaya müsbət mənada səs sala biləcək səviyyədə keçrilməsi üçün özəl sektorun QHT-lərin təkilflərini da dəstəkləyəcəyinə ümid edirik. Üçüncü bir məqam da QHT-lərin “Eurovision 2012” bağlı layihələrinin icrası zamanı mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq KİV-in, sosial şəbəkələrin imkanlarından maksimum şəkildə istifadə etməsidir. Bu məqsədlə QHT-lər hər bir fəaliyyətləri  haqqında KİV-ə məlumat verməli və keçrilən layihənin haqqında cəmiyyətə yüksək səviyyədə informasiya çatdırmağı bacarmalıdırlar.

Sonda qeyd etmək lazımdır ki, bütün bunlar “Eurovision 2012” yarışmasının daha effektiv həyata keçirilməsi və yüksək səviyyədə təşkil üçün vacib amillər hesab olunmalıdır. Əvvəla həmin günlər Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaq. Eyni zamanda  musqi yarışmasının  gedişini  izləmək üçün ölkəmizə gələcək minlərlə xarici qonaqığın təsəvvüründə Azərbaycan haqqında, onun tarixi, maddi və mənəvi mədəniyyəti, şəhərimizin müasir gözəlliyini, möhtəşəmliyi haqqında müsbət hisslər yaradacaq . Və ümid edirik ki, həm dövlət, həm biznes qurumları və QHT-lər, eyni zamanda digər ictimai inistutlar tərəfindən icra olunacaq  layihələr  zamanı hər bir tərəf üzərinə düşən  öz məsuliyyətini dərk edərək müsabiqənin möhtəşəm keçiriləcəyinə çalışacaq. Əlbəttə  qeyd olunan bütün məsələrin həlli  paytaxtımızın qarşıdakı “Eurovision 2012” günlərində hər bir kəsin yaddaşında  müsbət mənada təssürat oyadacağına  əmin ola bilərik. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir