Modern.az

Mesut Özildən azərbaycanlı azarkeşlərə - FOTO

Mesut Özildən azərbaycanlı azarkeşlərə - FOTO

22 May 2019, 20:16

"Azərbaycanlı qardaşlarım! Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək". Modern.az xəbər verir ki, bunu İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Mesut Özil “Twitter” hesabında yazıb.

 

Bakıda "Çelsi" ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edən Mesut Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb.

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır