Modern.az

8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

22 May 2019, 20:55

Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

 

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

 

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?