Modern.az

Avroviziya-2019-un nəticələri dəyişdi

Avroviziya-2019-un nəticələri dəyişdi

Aktual

22 May 2019, 23:35

Avroviziya-2019-un nəticələrində dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb.

 

Belə ki, Belarusun münsiflər heyəti müsabiqənin qaydaların pozduğu üçün onların səsləri ləvğ edilib və əvəzində səsvermə monitoru “Ernst & Young ” şirkəti tərəfindən təsdiqlənən və digər ölkələrin səslərinə uyğun olaraq həyata keçirilib.

 

Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hazırlanan səslərdə insan səhvi olduğu ittifaq tərəfindən təsdiq edilib və səsvermə qaydalara uyğun olaraq düzəldilib. Buna baxmayaraq müsabiqənin ilk 4 yerində hər hansı bir dəyişiklik baş verməyib.

 

Yeni səslərə əsasən Azərbaycan 1 pillə geriləyərək 302 xal ilə 8-ci yerdə qərarlaşıb.

 

Yenilənmiş nəticələr:

 

  1. Hollandiya (498 xal)
  2. İtaliya (472 xal)
  3. Rusiya (370 xal)
  4. İsveçrə (364 xal)
  5. İsveç (334 xal)
  6. Norveç (331 xal)
  7. Şimali Makedoniya (305 xal)
  8. Azərbaycan (302 xal)
  9. Avstraliya (284 xal)
  10. İslandiya (232 xal)
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir