Modern.az

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Aktual

23 May 2019, 09:39

Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Erciyes-2019 Tatbikatı" təlimləri Kayseridə keçirilir. Bu təlimlərdə həmçinin Pakistan və Gürcüstan HHQ də iştirak edir.

Qeyd edək ki, təlimlərdə müşahidəçi qismində Rumıniya, ABŞ, İtaliya və Qətər nümayəndələri iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı