Modern.az

AvroLiqanın finalına hansı məşhurlar gələcək? - AFFA-dan AÇIQLAMA

AvroLiqanın finalına hansı məşhurlar gələcək? - AFFA-dan AÇIQLAMA

23 May 2019, 12:11

Avropa Liqasının finalına gələcək futbol ulduzların adları niyə açıqlanmır?

Avropa Liqasının Bakıdakı finalına az müddət qalmış azarkeşləri paytaxtımıza gələcək məhşur simalarının kimliyi maraqlandırır. Modern.az saytı bu haqda məlumat üçün AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxlayıb.

“Bununla bağlı məlumatı UEFA ilə razılaşdıqdan sonra rəsmi qayda da açıqlayacağıq. Bu matç UEFA-nın keçirdiyi final olduğuna görə, bizim bu kimi məsələləri əvvəlcədən açıqlamağımız düzgün deyil. Əslində müəyyən şəxslərin kimliyi bilinir, amma açıqlanması üçün xüsusi media plan var və onun əsasında bildirilir”, - AFFA rəsmisi qeyd edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpia Stadionunda keçiriləcək final görüşündə iki ingilis komandası üz-üzə gələvək -  “Arsenal” və “Çelsi”.


Novruz NOVRUZLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?