Modern.az

SƏLİS birbaşa demokratiyanın tətbiqidir - QHT Şurasının yeni sistemi DƏSTƏKLƏNİR  

SƏLİS birbaşa demokratiyanın tətbiqidir - QHT Şurasının yeni sistemi DƏSTƏKLƏNİR  

23 May 2019, 12:42

Qeyri-Hökumət Təşkilalarına Dövlət Dəstəyi Şurası son zamanlar bir çox önəmli layihələrə imza atıb. Belə layihələrdən biri də SƏLİS-dir. SƏLİS-in önəmi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Açıq Hökumət Platformasınının koordinatoru  Əliməmməd Nuriyev deyib ki, SƏLİS birbaşa demokratiyanın tətbiqidir:

 

“Azərbaycan təcrübəsində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaratdığı SƏLIS (Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi) ölkəmiz və beynəlxalq miqyasda innovativ addım kimi dəyərləndirilə bilər. SƏLİS demokratiya, vətəndaş iştirakçılığı, ictimai nəzarət baxımından əhəmiyyətli və vacib sistemdir”. 


Ə.Nuriyev deyib ki, SƏLIS multifunksional sistem olaraq, unikal platforma kimi həm QHT-lər üçün bütün prosedurları elektron formada həyata keçirməyə, xidmətləri elektron şəkildə almağa imkan verir, həm də vətəndaşlar üçün təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsində iştirakçılığı təmin edir:


“SƏLİS Şura tərəfindən təqdim olunan həm yeni elektron, distant idarəetmə, həm də elektron vətəndaş iştirakçılığı sistemidir. SƏLİS unkial xüsusiyyətlərə malikdir, bir platformada şəffaflığın təmin edilməsi, elektronlaşmanı, informasiya açıqlığını, vətəndaş məmnunluğunu, vətəndaş iştirakçılığı əks olunub, üzvü vəhdətdə birləşib. Platformanın funksiyaları həm də ictimai rəyi, prioritetlərlə bağlı fikri öyrənməyə də imkan yaradır. Vətəndaşların layihə seçimləri bu barədə mülahizələr irəli sürməyə imkan verəcək”. 


Müsahibimiz bildirib ki, bu sistem həm QHT-lər, həm də vətəndaşlar üçün şəffaflığı, elektron xidmətləri, informasiya əlçatanlığını, ictimai nəzarəti təmin edir.

 

“SƏLİS qədim yunan demokratiyası ənənələrini elektron fromada bərpa edərək hər bir vətəndaşa layihə təliflərini qiymətləndirmək imkanı təqdim edir. Bunun üçün çox asan qeydiyyat prosedurun keçmək kifayət edir. Azərbaycan təcrübəsində ilk dəfə olaraq vətəndaşlar dövlət büdcəsindən hansı layihələrin maliyyələşdirilməsinin qərar verilməsində birbaşa iştirak imkanı qazanıblar. Ümid edirik ki, Şuranın bu təşəbbüsü ictimai iştirakçılığın Azərbaycan təcrübəsinin inkişafına çox mühüm töhfə olmaqla vətəndaşlar tərəfindən də dəyərləndiriləcək.
Eyni zamanda Şura bir nümunə yaradıb və əminəm ki, bu təşəbbüs multipikativ effekt verəcək, digər dövlət qurumlarını bu cür addımlara motivasiya edəcəkdir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi