Modern.az

5-dən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilib

5-dən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilib

23 May 2019, 13:36

“2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanmaqdadır. Bu strategiya müvafiq qurumlarla razılaşdırılmaqdadır".

 

Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

 

A.Kərimov bildirib ki, proqram növbəti 5-6 il ərzində zorakılığın aradan qaldırılması üçün mühüm addımlar atıla bilər:

“Yerli qanunvericilikdə yaxşı platforma yaradılıb. Lakin düşünürəm ki, beynəlxalq praktikada qabaqcıl təcrübəyə də baxmaq lazımdır. Kişilərə və qadınlara əməyə görə bərarbər haqqın verilməsi, əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında, analıq mühafizəsi haqqında konvensiyaları da diqqət mərkəzində saxlamalıyıq. Bu bir fəaliyyət istiqamətidir. İkinci istiqamət kimi institusional fəaliyyətimizi gücləndirməliyik. Hazırda Azərbaycanda 10 qeyri-dövlət mərkəzi akkreditə olunub. Onlardan 6-sı Bakıda, 3 -ü Gəncədə, 1-i Sumqayıtdadır. Bu mərkəzlərdə 1200-ə yaxın şəxsə sosial xidmətlər göstərilir. Regionlarda da bu mərkəzlərin yaradılmasına ehtiyac var. Ümumiyyətlə. zorakılıq halları yalnız böyük şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə də baş verir. Üçüncü istiqamət kimi qadınların ailələrdə sosial müdafiəsi gücləndirilməlidir. Son zamanlar qadınların biznes sahəsindəki fəallığını nəzərə alaraq, onların biznes imkanlarının əlçatanlığı üçün şərait yaradılmalıdır.”

 

Nazirlik rəsmisi qeyd edib ki, 2019-cu ilin aprelin 1-ə olan məlumata əsasən ölkədə 57 min ailəyə sosial yardım göstərilib ki, onun 52-i faizi qadındır:

“5-dən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilib. Azərbaycanda yaşa görə müavinət alanların 90 faizini qadınlar təşkil edir. 2019-cu ildə özünə məşğulluqda qadınların sayının çox olmasına diqqət yetiriləcək. 52 min nəfər işlə təmin olunmuşdursa, onlardan 18 mini qadınlardır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir