Modern.az

Yoxlamalar haqqında qanun dəyişdirilir – bu sahələr yoxlanılacaq

Yoxlamalar haqqında qanun dəyişdirilir – bu sahələr yoxlanılacaq

23 May 2019, 13:52

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilir.

 

Modern.az xəbər verir ki,  qanuna dəyişiklik layihəsi yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

 

Belə ki, adıçəkilən qanuna əsasən ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.  Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafisəi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

 

Təklif olunan dəyişikliyə əsasən bu siyahıya yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin  və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı