Modern.az

AZƏRTAC \"China Daily\" qəzetinin fəxri media tərəfdaşı mükafatına layiq görülüb

AZƏRTAC \

23 May 2019, 15:02

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik "China Daily" qəzetinin mükafatına layiq görülüb.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, "China Daily" qəzeti ilə son bir ili əhatə edən sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a “Fəxri beynəlxalq media tərəfdaşı-2019” mükafatı təqdim olunub.

 

Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Ümumi tirajı bir milyon nüsxə olan qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

 

AZƏRTAC ilə "China Daily" qəzeti arasında əməkdaşlığa dair anlaşma Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində "China Daily" qəzetinin rəhbərliyi ilə görüşündə əldə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi