Arxiv
23 May 2019, 17:38 | AKTUAL
ADU-da “Səmavi dinlər” sərgisi

Mayın 23-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanda dinlər və multikultural yanaşma” seminarı çərçivəsində İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla sərginin açılışında iştirak edən İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı universitetdən görməkdən şad olduğunu bildirib. Rektor sərgidə nümayiş olunan materialların Los-Ancelesdəki Simon Vizuntal Mərkəzinin əməkdaşı Ravin Kupper tərəfindən göndərildiyini deyib. Sərginin universitetin digər tədris binalarında da keçiriləcəyini deyən rektor ölkənin başqa universitetlərinə də bu sərginin həyata keçirilməsi üçün təkliflər olunacağını bildirib. Universitet rəhbəri sərginin diqqət mərkəzində qurulmasını İsrail xalqına böyük məhəbbətin nümayişi olduğunu deyib.

 

Səfir ADU-da olmaqdan məmnunluğunu ifadə edib. O, İsrail dövləti ilə bağlı adət-ənənəni davam etdirmək, tarixini daim yad etmək, xüsusilə Holokost faciəsinin anılması üçün yaratdığı şəraitə görə universitet rəhbərinə təşəkkürünü bildirib. Azərbaycanın da azadlıq uğrunda böyük itkilər verdiyini deyən səfir bu gün ADU-nun yəhudi faciəsinə laqeyd qalmamasını yüksək dəyərləndirib. Səfir sərginin İsrail dövlətinə məxsus məqamları əks etdirməklə böyük miqyasa malik olmasından şad olduğunu dilə gətirib.

Daha sonra sərgiyə baxış keçirilib, ADU-nun Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının müdiri İrina Kunina qədim yəhudi mədəniyyəti və İsrail dövləti haqqında məlumatları əks etdirən stendlər haqqında məlumat verib.

 

Sərgi bir həftə müddətində davam edəcək.

 

Qeyd edək ki, iki gün davam edən “Azərbaycanda Dinlər və multikultural yanaşma” seminarında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinlər tarixinə baxış”, ADU-nun Multikulturalizm Elmi tədqiqat laboratoriyasının əməkdaşı Əli Fərhadov “XIX-XX əsrin əvvəlləri Azərbaycanda islam”, İsrail və Yaxın Şərq Mərkəzinin əməkdaşı Günay Səfərova “Azərbaycanda yəhudilik” mövzularında çıxış ediblər. Seminar Beynəlxalq Bakı Multikulturalizm Mərkəzi, ADU-nun Multikulturalizm Elmi tədqiqat laboratoriyası, İsrail və Yaxın Şərq Mərkəzi, Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı 15 Sentyabr 2019, 17:59 Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı 15 Sentyabr 2019, 17:55 Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır 15 Sentyabr 2019, 17:50 Hindistanda səyahət gəmisi batdı: 11 ölü var 15 Sentyabr 2019, 17:40 Şagirdi məktəbdən çıxardılar - Artıq çəkisinə görə   15 Sentyabr 2019, 17:25 İcra başçısı şəhərdə yanmış ağacları rənglətdirdi - Açılışa görə  15 Sentyabr 2019, 17:06 Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca yola düşdü 15 Sentyabr 2019, 16:50 Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - VİDEO 15 Sentyabr 2019, 16:35 Sabahdan regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq 15 Sentyabr 2019, 16:19 UNEC rektoru Ədalət Muradov: Ali təhsil təsnifatlaşdırılmalıdır 15 Sentyabr 2019, 16:00 Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı 15 Sentyabr 2019, 15:47 İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə 15 Sentyabr 2019, 15:30 Bi il 915 qadın, 306 kişi məişət zorakılığından zərər çəkib 15 Sentyabr 2019, 15:15 Hakimliyə namizədlərlə test imtahanı keçirilib 15 Sentyabr 2019, 14:58 Muqabe mavzoleydə dəfn ediləcək   15 Sentyabr 2019, 14:40 Hicab geyinən Xatirə tənqidə tuş gəldi - FOTO 15 Sentyabr 2019, 14:28 Doğulacaq körpənin cinsini qabaqcadan - Sifariş etmək olar?   15 Sentyabr 2019, 14:13 Gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər - FOTO 15 Sentyabr 2019, 14:00 Süni mayalanma ilə doğulanlar: Qiyməti 15 Sentyabr 2019, 13:46 Tələbə adı qazanan Bakı məktəblərinin sayı AÇIQLANDI 15 Sentyabr 2019, 13:35 Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”   15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32 İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir? 15 Sentyabr 2019, 11:13 Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11