Modern.az

Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir

Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir

Aktual

23 May 2019, 18:05

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib:

“O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub”.

Fuad Abbasovun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.


Fuad Abbasovun həbsində Moskvada fəaliyyət göstərən Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri (AzerRos)  Mehriban Sadıxova və qurumun Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun adı çəkilir


Modern.az saytı Fuad Abbasov məsələsində adı hallanan Mehriban Sadıxova ilə əlaqə saxlamağa çalışıb. Lakin telefona köməkçisi cavab verib.

“Mehriban Sadıqova hazırda Moskvada deyil. Sanatoriyada müalicə alır. Bilirəm ki, Fuad Abbasov məsələsinə görə zəng etmisiniz. Mehriban xanım Fuad Abbasov məsələsinə görə heç bir açıqlama vermək fikrində deyil. Fuad Abbasovun həbs edilməsində Mehriban Sadıqvanın heç bir rolu yoxdur. Hazırda mətbuata çıxmır. Çünki onun dediklərini çox zaman təhruf edirlər”

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır