Modern.az

Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir

Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir

23 May 2019, 18:39

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev mayın 22-də aidiyyatı müəssisə rəhbərləri,  Goranboy Aqroparkın rəhbərliyi və mütəxəssislərlə birlikdə Aqroparkın  ərazisində mövcud taxıl sahələrinə baxış keçirdi.

 

Cari ilin məhsulu üçün ərazidə 720 hektar toxumluq buğda, 679 hektar isə arpa yetişdirilmişdir. Taxıl sahələrində sonuncu suvarma işləri aparılır, sahələrdə buğda mum yetişkənlik fazasındadır, arpa sahələri isə artıq yetişib. Baxış keçirlən sahələrdə mütəxəssislərin rəyinə əsasən bol məhsul götürülməsi gözlənilir. Aqroparkda yetişdirilmiş taxıl sahəsinin biçilməsi üçün 2 ədəd John Deere markalı kombaynlar tam hazır vəziyyətdədir. Taxılın anbarlara daşınması ilə bağlı kifayət qədər texnika mövcuddur.

 

Taxılın saxlınılacaq 18 min tonluq anbar kompleksi təmizlənmiş, dezinfeksiya edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır