Modern.az

Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb

Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb

23 May 2019, 19:44

2019-cu ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 637,0 milyon manatlıq xidmət göstərib.

 

Modern.az-ın məlumatına görə, göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,8 faizi və ya 272,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir