Modern.az

Ankaralı uşaqlar “Azərbaycan-Türkiyə qardaşlığı” adlı rəsm müsabiqəsində yarışdılar

Ankaralı uşaqlar “Azərbaycan-Türkiyə qardaşlığı” adlı rəsm müsabiqəsində yarışdılar

24 May 2019, 09:36

Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu ilkokulunda “Azərbaycan-Türkiyə qardaşlığı” mövzusunda rəsm müsabiqəsi keçirilib. Modern.az-ın məlumatına görə, müsabiqə bu məktəbin bütün şagirdləri arasında təşkil olunub.

Müsabiqədə ilk üç yeri tutan rəsmlər müəyyənləşdirilib. 1-ci yeri 1-ci sinif şagirdi Gözde Aydoğan tutub. 2-ci yerə 3-cü sinif sagirdi Nehir Yeşilsu layiq görülüb. 


Qeyd edək ki, bir müddətdir Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2C sinfinin şagirdləri ilə Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu ilkokulunda Yasemin Erdoğanın sinif rəhbəri olduğu 2D sinif şagirdləri arasında “məktub dostluğu layihəsi” gerçəkləşdirilir. Layihə 2018-ci ilin dekabrından başlayıb. Bu layihə çərçivəsində iki ölkənin adları çəkilən məktəblərinin şagirdləri məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır. Bu, həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir