Modern.az

“Qədim” saxlanıldı 

“Qədim” saxlanıldı 

24 May 2019, 09:58

Bakıda ictimai-asayişin pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb. 

 

Bu haqda Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

 

H.Vəlizadə ifadəsində narkotik vasitəni “Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanılıb. Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

İ.Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir